EN

Zelenski barışıqdan imtina ETDİ

“Volodimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbanın təklif etdiyi Milad atəşi və məhbus mübadiləsini elan etməkdən imtina etməsi Kiyevin sülhə maraq göstərməməsindən xəbər verir”

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin deyib.

“Bu təsdiq gərəksizdir, əgər Qərbdə kimsə bunu görmürsə ki, Kiyev rejimi sülhdə deyil, müharibədə maraqlıdır. Bu müharibə rejimidir. Biz isə xüsusi hərbi əməliyyatın məqsədlərinin ardıcıl həyata keçirilməsi ilə bu rejimə qarşı çıxacağıq”, – o vurğulayıb.

Chosen
45
medianews.az

1Sources