EN

Almaniya kansleri namizədi işsiz suriyalıları vətənlərinə qaytarmağa çağırıb

Xristian Demokrat və Xristian Sosial Birlikləri (CDU/CSU) blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz Almaniyada yaşayan işsiz suriyalıların vətənlərinə qayıtmasına çağırıb.

NOCOMMENT.az bildirir ki, bu barədə ARD xəbər verir.

“[Almaniyada yaşayan Suriya vətəndaşlarının] üçdə ikisi işsizdir, onlar əsasən gənclərdir və onların bir çoxu geri qayıda bilər”, – deyə Merz geri dönüş təşəbbüsünün həyata keçirilməsinə çağırıb.

Kanslerliyə namizədin sözlərinə görə, işlə təmin olunan və cəmiyyətə inteqrasiya olunmuş suriyalılar Almaniyada qala bilər və ölkə “belə vətəndaşlardan asılıdır”. Eyni zamanda Merz işləməyən miqrantların Suriyaya qayıtması üçün konkret tarixlər açıqlamayıb.

Bundan əlavə, siyasətçi Suriyadan qaçqın axınının dayandırılmasına və onların Almaniya sərhəddini keçməsinə icazə verilməməsinə çağırıb. Onun sözlərinə görə, ölkədəki suriyalılar “Almaniyaya buraxılmamalı olan [Suriyanın keçmiş prezidenti Bəşər] Əsədin milislərinin üzvləri ola bilər”.

Bundan əvvəl CDU/CSU parlament fraksiyasının sədr müavini Yens Spahn suriyalıları vətənlərinə qayıtmağa çağırmışdı.

Chosen
32
nocomment.az

1Sources