EN

Kerçdəki tanker qəzası: Tonlarla mazut dənizə axır

Kerç boğazında tanker qəzası yeni ekoloji fəlakətə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu barədə "Greenpeace Ukrayna" məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Kerç boğazında iki Rusiya tankerinin qəzaya uğraması nəticəsində 4300 tondan çox mazut və digər neft məhsulları dənizə axıb.

Bildirilir ki, mazut sızması ciddi ekoloji fəsadlara səbəb ola bilər.

Xüsusilə, mazutun dəniz faunasına ağır təsiri gözlənilir və çirklənmənin sahilə yayılması təmizliyi çətinləşdirəcək.

Qeyd edək ki, dekabrın 15-də səhər Kerç boğazında Rusiyanın “Volqoneft 212” və “Volqoneft-239” adlı iki tanker batıb.

Chosen
56
axar.az

1Sources