EN

Əsədin pullarını Moskvaya 21 təyyarə daşıyıb - Sensasion detallar


"Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvaya 250 milyon dollar nağd pul köçürüb. Sövdələşmələr iki il ərzində - 2018 və 2019-cu illərdə həyata keçirilib və təxminən iki tona yaxın 100 dollarlıq əskinas və 500 avroluq valyuta əskinaslarını əhatə edib. Pulları 21 təyyarə daşıyıb. Bu əskinaslar Moskvanın Vnukovo hava limanına aparılıb və sanksiyaya məruz qalan Rusiya banklarında saxlanılıb. Xəbərdə eyni zamanda Əsədin qohumlarının gizli şəkildə Rusiyada aktivlər aldığı da bildirilir. "The Financial Times" belə yazır..."

Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Elbəyi Həsənli bildirib.

""Newarab.com" satı isə xatırladır ki, Suriyanın devrilmiş diktatoru Bəşər Əsədin Londondakı bank hesabında 55 milyon funt sterlinqdən çox şəxsi pulu var.
Həmin vəsaitlər Əsəd, ailəsi və müttəfiqlərinin İngiltərə hesablarında olan 163 milyon funt-sterlinqin bir hissəsidir.
2011-ci ilə aid məhkəmə sənədlərində diktatorun Londondakı HSBC bank hesabında təxminən 40 milyon funt sterlinq olduğu bildirilir.
Bununla belə, onun rejiminə qarşı Böyük Britaniya sanksiyaları altında nağd pul ğdənişi dondurulub. Hazırda həmin 40 milyon artaraq 55 milyon funt-sterlinqi (69,4 milyon dollar) keçib", - deyə jurnalist qeyd edib.
Chosen
26
bakupost.az

1Sources