EN

Gürcüstanda xizək mərkəzində karbonmonoksit zəhərlənməsi: 12 ölü

Gürcüstanın ən böyük xizək mərkəzi "Qudauri"də karbonmonoksit zəhərlənməsi nəticəsində 12 nəfərin cəsədi aşkarlanıb.

Sitat.info xəbər verir ki, Polisin məlumatına görə, şənbə günü restoranın yuxarı mərtəbəsində 1-i Gürcüstan vətəndaşı olmaqla 12 nəfərin cəsədi tapılıb.

İlkin araşdırmalara əsasən, cəsədlərdə zorakılıq izləri aşkar edilməyib və hadisə qəza kimi qiymətləndirilib.

Hakimiyyət nümayəndələri bildiriblər ki, cümə günü baş verən elektrik kəsintisindən sonra binada yanacaqla işləyən generator işə salınıb. Bu generatorun karbonmonoksit zəhərlənməsinə səbəb olduğu ehtimal edilir. Hadisə ilə bağlı istintaq davam edir, lakin həlak olanların şəxsiyyəti hələ açıqlanmayıb.

Qeyd edək ki, dəniz səviyyəsindən 2.200 metr yüksəklikdə yerləşən "Qudauri", paytaxt Tiflisdən 120 kilometr şimalda yerləşir və ölkənin ən böyük xizək mərkəzi hesab olunur.

Kənan Yusif 

Sitat.info

Chosen
21
sitat.info

1Sources