EN

Qəzaya düşən ANAMA əməkdaşı VƏFAT ETDİ

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.

"Medicina" xəbər verir ki,Vətən müharibəsi qazisi olan M. Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə nəticəsində eyni zamanda Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov, 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə müxtəlif bədən xəsarətləri almışdı.
Chosen
3
17
medicina.az

10Sources