EN

ACF rəsmiləri beynəlxalq seminarda iştirak etdilər

Cüdoda tətbiq olunacaq yeni qaydalarla bağlı beynəlxalq seminar keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri yeni qaydalarla bağlı təşkil olunmuş texniki seminarda iştirak ediblər.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi tədbir iki gün davam edib.

“Paris-2024” Yay Olimpiya Oyunlarından sonra aparılan tÉ™hlil vÉ™ müzakirÉ™lÉ™rin nÉ™ticÉ™si olaraq, qaydalar növbÉ™ti Olimpiya dövrünÉ™ uyÄŸunlaÅŸdırılıb vÉ™ yenilÉ™nib. Qaydalar ilÉ™ baÄŸlı elanın ardından dekabrın 14-15-dÉ™ IJF tÉ™rÉ™findÉ™n TürkiyÉ™nin Ä°stanbul ÅŸÉ™hÉ™rindÉ™ ikigünlük texniki seminar təşkil olunub. TÉ™dbirdÉ™ 79 ölkÉ™dÉ™n 326 iÅŸtirakçı bir araya gÉ™lib. Seminar zamanı IJF-nin TÉ™hsil, Hakimlik vÉ™ Ä°dman Komissiyaları yeni qaydaları É™traflı izah edib vÉ™ É™yani ÅŸÉ™kildÉ™ nümayiÅŸ etdiriblÉ™r.

Yeni qaydaların gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi və həmin ilin iyun ayında təşkil olunacaq böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, seminarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident Elnur Məmmədli, qurumun prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev iştirak ediblər.

Chosen
14
4
fanat.az

10Sources