Demokrat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hazırda qüvvədə olan məcəllədə Azərbaycanda qeydiyyatdan keçən film istehsalını və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 %-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib. Təklif olunan dəyişikliklərə əsasən, güzəştin həcminin 75 %-dən 90 %-ə, müddətinin 3 ildən 5 ilə, güzəşt verilən subyektlərin sayının 2-dən 6-dək artırılması, həmin subyektlərin siyahısına isə teatr, muzey, simfonik orkestr və film prodüseri fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə olunması nəzərdə tutulur.
Bundan əlavə, film istehsalı və dublyajını həyata keçirən fiziki şəxslərin və film prodüserinin həmin fəaliyyətdən əldə etdiyi gəlirlərin 90 %-nin 5 il müddətinə gəlir vergisindən də azad edilməsi təklif olunur. Həmçinin, həmin şəxslərin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azadolma nəzərdə tutulur.
Teatr, muzey, simfonik orkestr, film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirlərinin də 5 il müddətinə 14 % dərəcə ilə ödəmə mənbəyində vergidən azad edilməsi təklif olunur.
10Sources
-
fins.azMədəniyyət sahəsində vergi güzəştləri ilə investisiyaların cəlbi hədəflənir ( 14049760)
-
banker.azMədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək ( 14031433)
-
qaziler.azAzərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək ( 14029429)
-
marja.azBu şəxslərin əldə etdikləri mənfəətin 90 faizi vergidən azad edilir - VİDEO ( 14026288)
-
marja.azBu şəxslərin əldə etdikləri mənfəətin 90 faizi mənfəət vergisindən azad edilir - VİDEO ( 14025883)
-
seherxeber.orgAzərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək ( 14025463)
-
az.trend.azMədəniyyət sahəsi üzrə bir sıra vergi güzəştləri təklif olunur ( 14024665)
-
operativmm.azAzərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək ( 14023201)
-
yenicag.azMədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək ( 14023018)
-
demokrat.azMədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək ( 14022811)