EN

Türk PUA-ları Fransa "diplomatiya"sına qarşı:DGRIS HESABATI NƏYİ GİZLƏDİR?

İran hökuməti İsrailin Baş naziri Benyamin Netanyahu barəsində edam hökmü çıxarmağı düşünür.

 

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qaribabadi deyib.

 

XİN rəsmisi Netanyahu haqqında edam qərarının hüquqi baxımdan mümkün olduğunu bildirib: “Biz Fələstin xalqını dəstəkləyən iki və ya üç həmfikir ölkədən məhkəmə formalaşdırmağın mümkün olub-olmadığını anlamağa cəhd etməliyik. Bunun çərçivəsində məhkəmə bənzər qərarı çıxara bilər. Məncə, burada mümkünsüz heç nə yoxdur, səy göstəriləcəyi halda baş tuta bilər”.

 

Qeyd edək ki, bundan öncə Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu barəsində həbs qərarı çıxarıb. O, müharibə cinayətləri törətməkdə ittiham olunur. Məhkəmənin qərarı İsrail, ABŞ və bir sıra ölkələr tərəfindən tənqid edilib. Avropa Birliyi ölkələrinin əksəriyyəti isə qərara əməl edəcəklərini bildiriblər.

Chosen
38
senzor.az

1Sources