EN

Azərbaycanın ilk yerli boya markası “Sobsan” 25 illik yubileyini möhtəşəm qala gecəsi ilə qeyd etdi - FOTO/VİDEO

(®) 25 il əvvəl 1999-cu ildə Qafqazın və Müstəqil Azərbaycanın ilk yerli boya markası olan “Sobsan” istehsal həyatına qədəm qoydu və bu illər ərzində yüksək keyfiyyət, innovativ məhsul seçimi imkanları və müştəri məmnuniyyətinə əsaslanan yanaşması ilə boya sənayesinin güvənilən markasına çevrildib.

14 Dekabr tarixində Four Seasons hoteldə markanın 25 illik fəaliyyətinə həsr olunmuş qala gecəsi  təntənəli şəkildə qeyd olunub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Gecədə bir sıra dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, xarici qonaqlar, partnyor şirkətlərin təmsilçiləri, media nümayəndələri və tanınmış incəsənət adamları iştirak ediblər.

Tədbirdə çıxış edən şirkətin həmtəsisçisi Zöhrab Səbzəliyev açılış nitqi ilə qonaqları salamlayıb və “Sobsan”ın 25 illik yubileyində təkcə keçmiş uğurlarından deyil, həm də gələcək hədəf və perspektivlərindən bəhs edərək yerli bazarla yanaşı beynəlxalq bazarda da öz mövqeyini daha çox gücləndirmək əzmində olduğunu vurğulayıb.  O, 15 ölkəyə olan uğurlu ixrac fəaliyyətindən də söz açıb.

Daha sonra  “Sobsan”ın 25 illik fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi olub. Bir sıra qonaqlar - “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Rəşad Cabirli,Xəzər Media Mərkəzi”nin Reklam və Marketinq departamentinin direktoru Gökhan Özkundakçı,Sobsan Boya”nın Özbəkistan Respublikası üzrə partnyoru Timur Mirpoladov və başqaları yubiley münasibətilə təbrik çıxışları ediblər.

Gecə məşhur incəsənət ustalarının bir-birindən maraqlı ifaları ilə daha da rəngarəng və unudulmaz olub.

Sobsan - Dünya Boyandıqca Gözəldir! 

www.sobsan.com 

sobsan boya Zöhrab Səbzəliyev yubiley
Chosen
42
3
marja.az

4Sources