Rusların Yeni il tətilində üz tutacağı ölkələr bəlli olub.
Publika.az xəbər verir ki, bu barədə TASS “Aviasales” aviabiletlərin alışı xidmətinin araşdırmasına istinadən məlumat yayıb.
Xidmətin məlumatına görə, Yeni il tətili zamanı xaricdə istirahət edən rusiyalıların payı il ərzində 4 faiz bəndi artaraq 29% təşkil edib.
"Rezervasiyaların əksəriyyəti Tailand (11%), Özbəkistan (10%), Türkiyə (8%) və Ermənistanda (7%) olub. Ruslar həmçinin BƏƏ, Qazaxıstan, Belarus (hər biri 6%) və Gürcüstana uçuşlar planlaşdırır (5%). Sonrakı yerlərdə İndoneziya və Çindir (hər biri 4%).