Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 771,1 manat olub.
Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,3% çoxdur.
Eyni zamanda bu ilin noyabrın 1-nə Naxçıvanda kredit qoyuluşu 331 milyon 65,1 min manat təşkil edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.