EN

Hər xidmətlə bağlı dəyişikliklər müsbət qarşılanır – Komitə sədri

Yazını böyüt
Yazını kiçilt

Parlamentdə hərbi xidmətə çağırışda ən son yaş həddinin 35-dən 30-a endirilməsi və hərbi xidmətlə bağlı digər dəyişikliklər müzakirə edilir. Eləcə də, Dövlət Xidmətinin rəsmisi hərbi xidmət müddətinin 1,5 ildən bir ilə endirilməsinin nəzərdən keçirildiyini deyib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hafta.az-a bildirib ki, Prezidentin göstərişinə əsasən hərbi sahədə aparılan islahatlar xalq tərəfindən alqışlanır və bu sahəyə olan diqqətin təzahürü kimi qiymətləndirilir. Deputat aparılan islahatlar arasında həqiqi hərbi xidmətə çağırış məsələsinin ən mühüm məsələlərdən olduğunu deyib. Onun sözlərinə görə, 44 günlük müharibədə əldə olunan qələbədən sonra hərbi çağırışla bağlı qanunlarda dəyişiliklərin edilməsi zəruri olub və müzakirə üçün parlamentə təqdim edilib.

“Layihəyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna "tibbi șəhadətləndirilmə", "elektron kabineť" və "çağırış vərəqəsi" anlayışları əlavə edilir. Təklif olunan dəyişikliklərdə vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə həyata keçirilməsi və hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılması nəzərdə tutulur. Layihəyə əsasən, çağırışaqədər yaș həddində olan vətəndașlara və çağırışçılara çağırıș vərəqələri elektron formada vətəndaşın elektron kabinetində yerləşdiriləcəkdir və bu barədə SMS məlumat çatdırılacaqdır. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub. Bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaș həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunur. Çağırışçılar barəsində çağırış komissiyaları tərəfindən qəbul edilmiş qərarlar onlara 10 gün müddətində deyil, 3 gün müddətində bildiriləcəkdir. Layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşların tibbi müayinədən keçməsi müddəti çağırışa 2 ay qalmış müddətdə müəyyən olunur. Bu qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə qanunda əks olunur”.

A.Nağıyev bildirib ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcək. O, dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçıların istisna təşkil etdiyini deyib.

Deputat bildirib ki, Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan "Qeyd hissəsində "çağırışdan boyunqaçırma" əməlinin nədən ibarət olması dəqiq müəyyən olunur. O,  "çağırışdan boyun qaçırma" dedikdə bura vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsinin başa düşüldüyünü deyib.

A.Nağıyev qeyd edib ki, Sosial şəbəkələrdə  və KİV-də olan materiallardan da görünür ki, dəyişikliklər müsbət hal kimi dəyərləndirilir.

Chosen
46
10
hafta.az

10Sources