EN

Avropada işçilərin 40 faizi psixi sağlamlıq riski altındadır

Bakı, TurkicWorld

Xəbər verdiyimiz kimi, bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

TurkicWorld XİN-in yaydığı məlumata istinadən xəbər verir ki, arxiyepiskop Pol Riçard Qallager II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin təqdis edilməsinə görə böyük məmnunluq duyduğunu diqqətə çatdıraraq, kilsənin tikintisində yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerin səfəri çərçivəsində dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdisetmə mərasimi keçirilib.

Arxiyepiskop Paul Riçard Qallager kilsənin layihəsi ilə tanış olub.

Xatırladaq ki, kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsinin istifadəsinə verilməsi haqqında 2024-cü il 1 may tarixli Sərəncam qəbul edilib.

Chosen
50
turkic.world

1Sources