Avropa İttifaqı (Aİ) Rusiyanın gizli neft daşımalarını həyata keçirən "kölgə donanması"na qarşı sanksiya tətbiq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ Şurası üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel görüşündə qəbul edilib.
Bildirilib ki, bu tədbirlər Rusiya sanksiyalarından yayınmaq üçün istismar müddətini bitirən tankerlərdən filo yaradaraq gizli neft daşımaları həyata keçirir: "Bununla 54 fiziki və 30 hüquqi şəxs "qara siyahı"ya salınıb"
Zülfiyyə Mustafayeva
MİA.AZ