EN

Macarıstan Kiyevə 6 milyard avronun ayrılmasına mane oldu

Aİ Xarici İşlər Nazirləri Şurasında Macarıstan yenidən Kiyev üçün silahlar üçün “sülh fondu”ndan 6 milyard avrodan çox vəsaitin ayrılmasına mane olub.

"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Bundan əlavə, Macarıstan Aİ ölkələrindən Ukraynaya hərbi müşavirlərin göndərilməsini dəstəkləməyəcək, çünki bu, münaqişənin genişlənməsinə gətirib çıxara bilər", - siyasətçi əlavə edib. 

Aİ Xarici İşlər Nazirləri Şurasının bu il sonuncu iclası dekabrın 16 -da Brüsseldə baş tutub.

Gülayə Mecid 

Chosen
6
45
unikal.az

10Sources