EN

İran hökuməti daha dörd məhbusu edam edib

İranda İnsan Haqları Təşkilatı xəbər verib ki, dünən Təbriz mərkəzi zindanında, Qorqanın Əmirabad və Nişapur zindanlarında dörd məhbus dar ağacından asılıb. 

"Cebheinfo.az" təşkilata istinadən xəbər verir ki,  Təbriz mərkəzi zindanında asılan iki məhbusu biri “qəsdən adam öldürmə”də, digəri isə “narkotik qaçaqmalçılığı”nda günahlandırılıb. 

Əmirabad və Nişapur zindanlarında ölüm hökmü həyata keçirilən hər iki məhbus “narkotik qaçaqmalçılığı”nda ittiham ediliblər.  

"Cebheinfo.az"

Chosen
35
cebheinfo.az

1Sources