EN

Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Əl-Hilal" sosial şəbəkələrdə kolektivlə birlikdə məşqlərə qoşulan 32 yaşlı futbolçunun şəklini paylaşıb.

Dizindəki çarpaz bağların qopması səbəbindən 1 ilə yaxın yaşıl meydanlardan kənarda qalan və yeni sağalan hücumçu noyabrın 4-də Asiya Çempionlar Liqasında İranın “istİqlal” komandasına qarşı matçda (3:0) növbəti dəfə zədələnmişdi. Braziliyalı futbolçu ikinci hissədə oyuna qoşulmuş və əsas vaxtın bitməsinə bir neçə dəqiqə qalmış budunun arxa hissəsini zədələyərək meydanı tərk etmişdi.

Qeyd edək ki, Neymar “Əl-Hilal”ın heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.

"Cebheinfo.az"

Chosen
18
2
cebheinfo.az

3Sources