Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dizindəki çarpaz bağların qopması səbəbindən 1 ilə yaxın yaşıl meydanlardan kənarda qalan və yeni sağalan hücumçu noyabrın 4-də Asiya Çempionlar Liqasında İranın “İstiqlal” komandasına qarşı matçda (3:0) növbəti dəfə zədələnmişdi. Braziliyalı futbolçu ikinci hissədə oyuna qoşulmuş və əsas vaxtın bitməsinə bir neçə dəqiqə qalmış budunun arxa hissəsini zədələyərək meydanı tərk etmişdi.
Qeyd edək ki, Neymar “Əl-Hilal”ın heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.
Benzema karyerasını bitirəcək
Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
“Barselona”nın gənc futbolçusu zədələnib
“Kasımpaşa” təklifi qəbul edib, “Fənərbaxça” zaman istəyib
Amorim Ferqyusonun uğurunu təkrarlayıb