EN

Hərbi xidmət müddəti azaldılır? - AÇIQLAMA

Hərbi xidmət müddəti azaldılır? - AÇIQLAMAAzərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılaraq 35 yaşdan 30 yaşa endirildi. Bəs, hərbi xidmət müddətinin azalması ilə bağlı qərar qəbul edilə bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a hərbi ekspert Elxan Şıxəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, hərbi xidmət dövrünün azaldılması, evin tək övladlarının hərbi xidmətə cəlb olunması növbəti illərdə müzakirə mövzusu ola bilər:

"Bu günlərdə Milli Məclisdə hərbi vəzifə və hərbi xidmətlə bağlı qanunda dəyişiklik edilməsi, yaş həddinin azalması müzakirələri həyata keçirildi, qanun layihəsinə təkliflər verildi və bu öz əksini tapacaq. Amma, məhz hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr olmadı. Bu isə o deməkdir ki, artıq 2025-ci il üçün qanunvericilikdə bu nəzərdə tutulmayıb. Düşünürəm ki, bütün bu müzakirələr, xüsusilə də hərbi xidmət dövrünün azaldılması, evin tək övladlarının hərbi xidmətə cəlb olunması növbəti illərdə müzakirə mövzusu ola bilər. Bütün bu məsələlər "hərbi vəzifə və hərbi xidmətə çağırış" haqqında əsasnamənin dəyişdirilməsi Ermənistanla sülh sazişinin bağlanmasından sonrakı mərhələdə yenə aktual ola biləcək. Düşünülən dəyişikliklərin bundan sonra ediləcəyi mümkün sayıla bilər".

Vüsalə İbrahimli

Chosen
15
sonxeber.az

1Sources