EN

"Azərbaycan reallığı spesifikdir" - Emin Əmrullayev

Hingis-Pierce (2014) və ya digər beynəlxalq modellərin Azərbaycan reallığında təhlili maraqlı bir yanaşmadır. Bu tip tədqiqatlar, adətən, ölkənin təhsil sistemi ilə beynəlxalq standartlar arasındakı boşluqları və uyğunluqları aşkara çıxarır.

Publika.az xəbər verir ki, bunu “Azərbaycan məktəbi" jurnalının 100 illiyinə həsr edilmiş “Azərbaycan məktəbi 100” adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu işlər həm metodologiyanın mürəkkəbliyi, həm də mövcud tədqiqat imkanlarının məhdudluğu səbəbindən kifayət qədər ağır proses ola bilər: “Azərbaycan kontekstində bu cür tədqiqatların uğurla aparılması üçün bir neçə vacib addım nəzərdə tutulmalıdır. Beynəlxalq modellərin uğurlu tətbiqi üçün ilk addım onların hansı şərtlərdə formalaşdığını və işlədiyini dərk etməkdir. Məsələn, Hingis-Pierce modeli İtaliya kontekstində müəyyən sosiomədəni, iqtisadi və təhsil sisteminə xas xüsusiyyətlər üzərində qurulub. Bu modeli Azərbaycan reallığına tətbiq etmədən əvvəl ölkənin təhsil sisteminin güclü və zəif tərəflərini dərin analiz etmək lazımdır”.

Chosen
6
8
publika.az

10Sources