Olaylar.az xəbər verir ki, bu barədə Əsədin rəsmi mətbuat xidməti məlumat yayıb.
Əsəd qeyd edib ki, Hmeymim bazasına çatdıqdan sonra ordunun paytaxtdakı bütün mövqelərdən çəkildiyini öyrənib. O, əlavə edib ki, həmin vaxt baza ətrafındakı vəziyyət gərgin olub və pilotsuz uçuş aparatlarının intensiv hücumları ilə müşayiət olunub.
Əsədin sözlərinə görə, Rusiya tərəfi vəziyyətin daha da pisləşdiyini əsas gətirərək onun dərhal evakuasiyasını tələb edib. Moskva tərəfindən Hmeymim aviasiya bazasına onun Rusiyaya göndərilməsini təmin etmək tapşırığı verilib.
Xatırladaq ki, dekabrın 9-da Kremlin məlumatına əsasən, Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib. Onun Rusiyada sığınacaq aldığı və bu qərarın humanitar səbəblərlə əlaqələndirildiyi bildirilib.