EN

Şoltsa etimad göstərilmədi, seçkilər keçiriləcək

Bundestaq növbədənkənar iclasında Almaniya kansleri Olaf Şolsa etimad göstərməkdən imtina edib və bununla da Almaniyada növbədənkənar parlament seçkilərinə yol açıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, iclasda iştirak edən 717 deputatdan 207-si Nazirlər Kabinetinin hazırkı rəhbərini dəstəklədiyini bildirib, 116-sı bitərəf qalıb, 394 parlamentari Şoltsun ​​etimad tələbinin əleyhinə səs verib.

Bundestaqın sədri Barbel Bas bildirib ki, nəticələr barədə ölkə prezidenti Frank-Valter Ştaynmayerə məlumat verəcək.

Chosen
29
18
unikal.az

10Sources