EN

Avtomobildə araqdan bu məqsədlə istifadə qadağan deyil

Artıq qış havası özünü göstərir və avtomobil şüşəsilənlərindən istifadə zərurətə çevrilir. Lakin ölkəmizdə çox adam şüşətəmizləyən maye əvəzinə sudann istifadə etdiyi üçün soyuq havada problem yaranır. 

Avtosfer.az xəbər verir ki, belə hallarla qarşılaşmamaq üçün xüsusi şüşəsilən mayelərdən istifadə etmək zəruridir. Bu mayelər həm daha yaxşı təmizləyir, həm də rezin detalları qoruyur. 

Lakin belə maye heç də bütün mağazalarda satılmır. Bəzən sürücülər bunun əvəzinə qabyuyan maye və ya məişətdə istifadə üçün nəzərdə tutulan şüşətəmizləyən maye istifadə edirlər. bunların heç biri avtomobilin şüşətəmizləyici maye qabına tökülməsi üçün yaramır. Məsələnin sadə həlli var: şüşətəmizləyici maye qabına araq tökmək. Spirt həm donmanın qarşısını alır, həm daha yaxşı təmizləyir, həm də rezin hissələrə zərər vurmur. 

Amma bir maraqlı məqamı da unutmayaq. Araqdan istifadə zamanı onun iyi salona dolacaq. Polis avtomobili saxlatdıqda isə araq iyinə görə daha ciddi yoxlama aparacaq. Lakin sərxoş vəziyyətdə idarəetmədən fərqli olaraq şüşəni araqla təmizləmək məsuliyyət yaratmır.

Vüqar

Chosen
38
avtosfer.az

1Sources