EN

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderi... - FOTO

Gəncə Şəhər Birləşmiş Xəstəxanası yeni tenderlər elan edərək, 2 milyondan çox maliyyə əldə olunubdur. 

Milyonluq tenderlərin aqibəti hansı istiqamətdə səmərəli xərclənməsi hələlik aydın deyil. Amma onu da qeyd edək ki, tender elanlarında Gəncə Birləşmiş Xəstəxanası gündəmi zəbt edibdir. 

Hesablama Palatasının Audit yoxlanışı nəticəsində maliyyə pozuntusu tapılaraq, nəticədə Baş Prokurorluğa kimi gedib çıxmışdır. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri  tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Tibb müəssisəsinin il ərzində tenderlərini hesablasan, bir il ərzində 5 milyondan artıq tender elan edərək maliyyə əldə olunur. Son zamanlarda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vətəndaşlara etdikləri xidmət o qədərdə qənayətbaxış deyil. 

Sığorta şöbəsinin əməkdaşlarının vətəndaşlarla kobud rəftarı, həkim növbəsinə verilən çeklərin çətinliklə əldə olunması, şəkərli diabet xəstələrinə şəkər iynələrinin az verilməsi, digər xroniki xəstələrin və s. xəstəliyi olan vətəndaşların dərmanla təmin olunmaması hallarına rast gəlinir.

Əgər həqiqətən də tender elan edib maliyyə əldə olunursa, onun nəticəsi olmalıdır. Nəticə göz qabağındadır. 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeçiliyində olan 3 saylı Xəstəxanaya, Abbas Səhhət adına xəstəxanaya və digər Poliklinikalara ayrılan təmirə, avadanlıqa nəzərdən keçirəndə yenilik görünmür. 

Aşağıda Tenderlərin siyahısını tqdim edirik:

Məbləğ: 1.935.353,81

Rayonlararası İstehsalat Kombinatı

Gəncə Şəhər Birlşmiş Xəstəxanası Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işlərinin satın alınması.

Nizamnamə Kapitalı 20.00 azn,  Qanuni təmsilçi Soltan Baxışov Dursun oğlu

Məbləğ: 15.841,5 azn "Life Elektroniks" MMC

Kartriclərin doldurulması və tez sıradan çıxan hissələrinin dəyişdirilməsi.

 Nizamnamə Kapitalı: 10.00 azn Qanuni təmsilçi Elçin Həsənov Rasim oğlu

Məbləğ: 24.113,3 azn

"lokal Group" MMC

Generatorlara texniki xidmət

Nizamnamə Kapitalı 10.00 azn, Qanuni təmsilçi Səlim Səlimov Əmirxan oğlu

Məbləğ: 89.950 azn

"Tibb Texnikasının Təmiri"MMC

Oksigen qovşaqlarına texniki xidmətin göstərilməsinin satın alınması

Nizamnamə Kapitalı: 10.00 azn Qanuni təmsilçi Qabil Quliyev Adil Oğlu...

Chosen
10
2
hurriyyet.az

3Sources