EN

Qar yağanda hava təmizlənir?

El arasında belə bir ifadə var “qar yağsaydı, hava təmizlənərdi”.

Bu fikrə inanan insanlar az deyil. 

Maraqlıdır, qarın yağması ilə hava təmizlənirmi?

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qar yağanda, temperatur yüksəlir, soyuğu azalır:

“Havadakı toz və zəhərli hissəcikləri, yoluxucu virusları yerə endirərək, təmizləyir. Qışda uzun müddət qar yağmayanda qrip infeksiyası, zökəm xəstəliyi şikayətləri artır, insanın immun sistemi zəifləyir. Bunun da ən önəmli səbəbi atmosferdə virusların miqdarının çoxalmasıdır. Çünki, zərərli viruslar qış fəslinə görə isti keçən havalarda, çoxalaraq parazitləri artırır. Ancaq hava mənfi dərəcəyə enəndə yağan qar mikrobları havada məhv edib, onların yerə enməsinə maneçilik törədir. Çünki , zərərli mikroorqanizmlərin soyuq havada özünü qoruma mexanizmi olmadığından, onlar dərhal məhv olurlar”.

Sevinc

Chosen
35
hit.az

1Sources