Futbol üzrə Misli Premyer Liqasında XVII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, bağlanış oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 7 və 33-cü dəqiqədə Musa Qurbanlı, 45+1-ci dəqiqədə Nəriman Axundzadə, 75-ci dəqiqədə Redon Coca, 90+2-ci dəqiqədə isə Toral Bayramov vurublar.
Bu qələbədən sonra "köhlən atlar" 41 xalla turnir cədvəlində liderliyə yüksəlib, “gənclik şəhəri” təmsilçisi isə 19 xalla 6-cı pillədə qalıb. “Qarabağ”ın ehtiyatında daha bir oyun var.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, “Neftçi” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz başa çatıb.