Külək nəticəsində aşan hasar qaz təsərrüfatına ziyan vurub. Mingəçevirdə 3 ailə bir neçə gündür ki, mavi yanacaqsız qalıb.
Xezerxeber.az-ın xəbərinə görə, Dilqəm Nağıyev küçəsində yaşayan sakinlər bildirirlər ki, onlara məxsus sayğaclar mənzillərindən xeyli kənarda yerləşir. Güclükülək nəticəsində də hasar uçaraq qaz borusunu və sayğacları sıradan çıxarıb.
Baş verən hadisədən sonra qazsız qalan abonentlər odun sobasından və elektrik qızdırıcalarından istifadə etməyə məcbur olublar. Adiyyəti qurumlara müraciət edən sakinlərə bildirilib ki, sayğaca qədər olan hissəsini onlar öz hesablarına bərpa etməlidrlər.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.