Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu açıqladı
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bunu Florida ştatındakı Mar-a-Laqo mülkündə çıxışı zamanı deyib.
“Biz bildiyiniz kimi, İsraildə və Yaxın Şərqdə girovların qaytarılmasına kömək etməkdə çox fəalıq. Bunun üzərində çox işləyirik. Biz həmçinin müharibəni, Ukraynadakı bu dəhşətli müharibəni dayandırmağa çalışırıq. Biz bir az irəliləyiş əldə etmişik”, - Tramp bildirib.
Lakin o, heç bir təfərrüat verməyib.