EN

Suriya Azərbaycanla münasibətlərinə olduqca önəm verir

Bakı. TurkicWorld

Suriya Azərbaycanla münasibətlərinə olduqca önəm verir və Əsəd zamanı Azərbaycana qarşı edilən haqsızlıqlar suriyalıların Azərbaycan xalqına qarşı mövqeyini əks etdirmir.

TurkicWorld xəbər verir ki, bunu ArabAZ-az açıqlamsında Suriyanın yeni baz nazirinin ofisindən adı açıqlanmasını istəməyəm mənbə deyib.

“Bizim üçün Azərbaycanla münasibətlər önəmlidir və bu bu əlaqələrin möhkəmlənməsində maraqlıyıq”-deyə mənbə qeyd edib.

O əlavə edib ki, Dəməşq Bakı ilə əlaqələrini bütün istiqamətdə inkişaf etdirmək istəyir.

“Təəssüflər olsun ki, sabiq Suriya höküməti , yerli xalqın maraqlarına zidd olaraq, Azərbaycanla əlaqələrə önəm verməyib. Bunun əksinə olaraq, Əsəd hakimiyyəti Azərbaycan xalqına qarşı vuruşan terrorçu qurumların təlim bazasına çevrilib. Diktator Əsəd rejiminin bu addımı heç vaxt sadə suriyaylıların mövqeyini əks etdirməyib. Eyni zamanda Əsəd rejimi İslam Əməkdaşlığı Təşkilatına üzv olmasına baxmayaraq, Azərbaycanın haqq işində, rəsmi Bakıya dəstək olmayıb”-deyə mənbə qeyd edib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olması haqqında bəyanatı olduqca sevindirici haldır.

“Azərbaycan Prezidenti İlham Əliyevin bu bəyanatı bizi sevindirməyə bilməz. Biz bu adımı yüksək qiymətləndiririk və heç şübhəsiz ki, daxili stabillik tam əldə edildikdən sonra, Azərbaycanın bir çox təcrübəsindən faydalanmaq niyyətindəyik”-deyə mənbə bildirir.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan ilə telefon danışığı zamanı “Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır”-deyib.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Chosen
23
turkic.world

1Sources