EN

Patriarx Kirill bu dəfə də Macarıstanın köməyi ilə canını qurtardı

Macarıstan Patriarx Kirill, Rusiya Olimpiya Komitəsi və Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın Aİ-nin 15-ci sanksiyalar paketindən çıxarılmasına nail olub.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. Qeyd olunur ki, Macarıstan patriarx Kirillə qarşı sanksiyaların tətbiqinə qarşı çıxan ilk hal deyil. 2022-ci ildə ölkə iki dəfə Rus Pravoslav Kilsəsinin başçısına qarşı məhdudiyyətlərin tətbiqinə mane olub və heç bir dini liderin sanksiyalar siyahısına daxil edilməsinə imkan verməyib.

//Samir Qurbanov, Editor.az

Chosen
26
editor.az

1Sources