EN

"Apple" bu "iphone"ları daha satmayacaq

"Apple", USB Type-C portunun olmaması üzündən "iPhone SE" və "iPhone 14"ü satışdan çıxaracaq.

“İki sahil” xəbər verir ki, 2025-ci ilin əvvəlində Avropa İttifaqında köhnəlmiş şarj portları olan cihazların, o cümlədən "Apple"ın Lightning portlu modellərinin satışını qadağan edən qanun qüvvəyə minəcək. Yeni qanuna əsasən, cihazlarda yalnız USB Type-C portu olmalıdır.

Bu səbəbdən, "Apple" 2025-ci ilin əvvəlində 2022-ci il istehsalı olan "iPhone SE", "iPhone 14" və "iPhone 14 Plus" modellərini Avropa İttifaqı ölkələrində satışdan çıxaracaq, çünki bu modellər qanunla köhnəlmiş sayılır.

"Apple", bu modellərin USB Type-C versiyalarını istehsal etmək niyyətində deyil, amma 2025-ci ilin yazında USB Type-C portu olan yeni və sərfəli "iPhone SE 4" modelinin bazara çıxarılacağı bildirilir.

Chosen
19
5
ikisahil.az

6Sources