EN

2025-ci ildə sosial müdafiə əsas büdcə prioritetlərindən biri olacaq - Baş nazir

2025-ci ildə sosial müdafiə əsas büdcə prioritetlərindən biri olacaq.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxışı zamanı 2025-ci il üzrə dövlət büdcəsinin əsas xərc istiqamətlərindən birinin əhalinin sosial müdafiəsi və sosial təminatı olduğunu bildirib.

O qeyd edib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalacaq.

Baş nazirin sözlərinə görə, sosialyönümlü xərclər ümumi büdcə xərclərinin 40 faizini üstələyir.

"2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar tətbiq ediləcək ki, bu da 3 milyona yaxın vətəndaşı əhatə edəcək. Son 5 ildə həyata keçirilən dörd sosial islahat paketi isə 7 milyard manat həcmində olub və 4 milyon vətəndaşı əhatə edib," – deyə Baş nazir əlavə edib.

Chosen
8
1
fins.az

10Sources