Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəyə icazə vermək qərarı səhvdir.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.
Belə ki, Tramp məsələyə yenidən baxa biləcəyini istisna etməyib:
"Raketlərin yüzlərlə mil məsafədən Rusiyaya göndərilməsi ilə qəti şəkildə razılaşmıram. Biz bunu niyə edirik? Biz sadəcə olaraq bu müharibəni alovlandırıb onu daha da pisləşdiririk?"