EN

Türkiyəli xilasedicilər Suriyaya getdi: Məhbusları azad etməyə

Türkiyənin AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) mütəxəssisləri Suriyanın Sednaya həbsxanasında məhbusların azad edilməsi üçün həyata keçirilən axtarış-xilasetmə əməliyyatına dəstək göstərir.

Musavat.com xəbər verirki, AFAD rəhbəri Okay Memiş əməliyyatla bağlı verdiyi açıqlamada bildirib ki, Türkiyə tərəfindən 120 xilasedici və 43 ədəd xüsusi texnika bölgəyə göndərilib. Okay Memiş əlavə edib ki, əməliyyat humanitar məqsəd daşıyır və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Sednaya həbsxanası bölgədə insan hüquqlarının pozulması ilə bağlı tez-tez beynəlxalq tənqidlərə məruz qalan bir müəssisə kimi tanınır. Bu səbəbdən Türkiyənin əməliyyata dəstəyi humanitar və strateji baxımdan xüsusi əhəmiyyət daşıyır.

Türkiyəli xilasedicilər məhbusların azad edilməsi və təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Əməliyyatın nəticələri ilə bağlı yaxın zamanda daha ətraflı məlumat verilməsi gözlənilir. 

 

Musavat.com

Chosen
46
musavat.com

1Sources