EN

"Əminəm ki, elə bu xüsusiyyətlərini gündəlik həyata daşıdığı üçün bu gün Kavelaşvili Gürcüstanın prezidentidi" — Nazim Süleymanov

Qonşu Gürcüstanda prezident seçkisi keçirildi. 300 nəfərlik kollegiyadan 224 nəfərin səsini qazanan Mixail Kavelaşvili hazırda mürəkkəb dönəmdən keçən ölkəni xilas etməlidi.

Sabiq futbolçunu ölkəmizdə hamıdan yaxşı Nazim Süleymanov tanıyır. Süleymanovla Kavelaşvili 1995-ci ildə Rusiya çempionu olan "Alaniya"nın hücum xəttinin əsas ulduzları idi.

Nazim bəy "Football-plus.az"a artıq prezident olan sabiq komanda yoldaşı haqda danışdı:

"Bildiyimiz kimi, Mixail Kavelaşvili ilə tanışlığımız, işbirliyimiz 1995-ci ildə başlayıb. Iki il onunla birlikdə Vladiqafqazın "Alaniya" komandasının şərəfini qorumuşuq. Onunla bir yerdə komandanı çempion etmişik, sevincini bölüşmüşük. O həm pəşəkar futbolçu, həm də yüksək fərdi keyfiyyətlərə sahib şəxs kimi özünü göstərmişdi. Mixail işinə ciddi yanaşırdı. Çox nizam-intizamlı, futbolçu kimi yüksək texnikaya malik, nümunəvi bir hücumçu idi. Meydandan qıraqda çox təmkinli, sakit təbiətli və səbirli idi. O, komandaya gələndə gənc olmasına baxmayaraq, oyunlarda yüksək liderlik keyfiyyətlərini nümayiş etdirirdi. Əminəm ki, elə bu xüsusiyyətlərini gündəlik həyata daşıdığı üçün bu gün Mixail Kavelaşvili Gürcüstanın prezidentidi. Onun bu uğuru məni çox sevindirdi, prezident seçilməsi münasibəti ilə onu təbrik edirəm və bu məsuliyyətli, çətin işdə ona uğurlar arzulayıram. Bildiyimə görə, futbolçu dönəmində Bakıda olmayıb".

AYGÜN MİRZA
Chosen
38
football-plus.az

1Sources