EN

Milyonçu ölümündən əvvəl xahişi ilə şəhər sakinlərini sarsıtdı

Yerli sakinlərdən birinin sözlərinə görə, bu, “gözəl ideya və böyük mirasdır”.

Turrett (Fransa) kommunasının ərazisində qeyri-adi əhvalat baş verib: yerli sakin Marselen Artur Şe öz şəhərinə 2,5 milyon avroluq miras qoyub.

Ölkə.az Lent.az-a istinadla xəbər verir ki, vəsait yaşlı insanlar üçün sosial mərkəzin yaradılması və qeyri-kommersiya layihələrinin dəstəklənməsi üçün istifadə olunacaq.

Sosial missiya ilə səxavətli jest

Ömrünün çox hissəsini Turrettdə keçirən Marselen Şe 95 yaşında vəfat edib. O, vəsiyyətində 2026-cı ilə qədər istifadəyə verilməsi planlaşdırılan on çarpayılıq qocalar evinin tikintisinə göstəriş verib.

Kommunanın meri Kamil Buj bu misilsiz hədiyyəyə görə dərin minnətdarlığını bildirib.

"Bu layihə kommersiya mənfəəti olmayan müstəsna sosial təşəbbüs olacaq", - o deyib.

Yerli sakinlər bu xəbəri səmimi minnətdarlıq hissi ilə qarşılayıblar.

"Bu, məni təəccübləndirmədi, çünki o, həmişə insanlara kömək edirdi", - Marselenin qonşusu Mark urğulayıb.
Yaşlılara qulluq edən Enn əlavə edib:

"Bu, gözəl ideya və böyük mirasdır."

Şəhərin gələcəyi

Lacivərd sahilindəki kiçik bir şəhər olan Turrett indi əhəmiyyətli bir sosial layihəni həyata keçirməyə hazırlaşır. Marselin Şenin xeyirxahlığı sayəsində bir çox yaşlı sakinlər yeni ev və layiqli dəstək tapa biləcəklər.

Chosen
70
4
olke.az

5Sources