ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək ranqlı məmurlar və parlament üzvləri də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib.
"Yaxın həftələrdə görməyə hazır olduğumuz başqa tədbirlər də davam edəcək", - deyə Miller bildirib.