Vaşinqton, 17 dekabr, AZƏRTAC
“Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasına çalışacağam”,
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp keçirdiyi ilk mətbuat konfransında deyib. O Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putini yaxşı tanıdığını deyib. Tramp vurğulayıb ki, həmkarları razılaşma əldə etməyə hazır olmalıdırlar.
“Mən Ukraynada davam edən dəhşətli müharibənin dayanmasına çalışıram”,- deyə ABŞ lideri bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton