Bakı. TurkicWorld, Arab.AZ
24 noyabr 2024-cü ildə İraqdakı İslam Müqaviməti İsrailə qarşı son hücumu həyata keçirdi və hesab edilirdi ki bu onların İsrailə sonuncu hücumudur. Bütün bunlar Suriyada hakimiyyət dəyişikliyi ilə demək olar ki, eyni vaxta təsadüf edir.
2024-cü il noyabrın 27-də Suriya qruplaşmalarının Hələbin qərbində irəliləməsi sadəcə Dəməşqdə, Tehranda və Moskvada deyil, eləcə də Bağdadda həyəcana səbəb oldu.
Əsədin Rusiyaya qaçmasından sonra “Növbəti hədəfin Bağdad ola biləcəyi” barədə şayiələr yayıldı və bu, Qərb və Ərəb paytaxtları ilə diplomatik danışıqların artmasına səbəb oldu.
İraq qüvvələri “silahlı ünsürlərin” sızmasından narahatlıq və daha geniş dağılma qorxusunu əsas gətirərək, Suriya sərhədi boyunca səfərbər olub.
Noyabrın 27-dən bəri İraq ordusu və Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi Şaabi) rəhbərləri sərhədə altı dəfədən çox səfər ediblər,sonuncu səfər isə, 2024-cü il dekabrın 13-ə təsadüf eidr.
İraq Əsədin devrilməsi, İranın geri çəkilməsi və Hizbullahın gücünün azalmasından sonra qeyri-müəyyənliklə üzləşib. İndi əsas suallar Dəməşqdəki “yeni hökumət”, “İranın təsirinin gələcəyi” və “İraqın siyasi prosesinin istiqaməti” üzərində cəmlənir.
Bu məsələlərin aktuallığı BMT-nin nümayəndəsi Məhəmməd Əl-Həsanın 12 dekabr 2024-cü ildə Nəcəfdə Böyük Ayətullah Əli əl-Sistani ilə görüşündən sonra daha da gündəmə gəlib.
“Mən Seyid əs-Sistaniyə BMT-nin İraqla bağlı son müzakirələri haqqında məlumat verdim.Region sürətlə dəyişir və İraqın cəsarətli, təcili qərarlara ehtiyacı var. Biz liderləri tez hərəkət etməyə və barışıq və birliyə doğru gecikmiş addımlar atmağa çağırırıq”, – deyə, Əl-Həssan bildirib.
Bir çoxları “siyasi sistemin dağılması” və ya 2003-cü ildən əvvəlki İraqa qayıdış haqqında fərziyyələr irəli sürdülər. Bundan ən çox narahat olan isə,məzhəb ideologiyası adı altıdna İraqı talayan ənənəvi şiə partiyaları oldu… və təbii ki, baş nazir Məhəmməd Şia Əl-Sudani.
10 dekabr 2024-cü ildə ABŞ CENTCOM-un rəhbəri general Maykl Kurilla İraqın “Suriya xalqının seçimlərinə hörmət” mövzusundakı mövqeyini bir daha təsdiqləyən Sudani ilə görüşmək üçün Bağdada getməzdən əvvəl Suriyadakı kürd SDQ ( PKK terror təşkilatının Suriya qolu) rəsmiləri ilə görüşdü.
Ertəsi gün Sudani Kral II Abdullahla görüşmək üçün İordaniyaya səfər etdi, o, daha sonra BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayedlə görüşmək üçün Əbu-Dabiyə getdi. Sudani Bağdada qayıdıb, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan zəng alıb və ABŞ nümayəndə heyəti ilə görüşüb. Bu arada Almaniyanın müdafiə naziri Bağdad və Ərbilə səfər edib.
Bölgədəki danışıqlarda əsas diqqət Suriya ilə “sərhədlərin mühafizəsi”nə yönəlib. ABŞ prezidenti Co Bayden və digər Qərb rəsmilərinin iştirak etdiyi beynəlxalq müzakirələr Suriyanın qonşu dövlətlərində təhlükəsizliyin gücləndirilməsi üçün həmfikir olduqlarını söyləməyə əsas very.
Bu səylərə baxmayaraq, Bağdaddakı şiə liderləri İraqın gələcəyi və artan regional təzyiqlərlə necə davranacaqları ilə bağlı qeyri-müəyyən olaraq qalırlar.
Keçmiş hökumət müşaviri İraqın hazırkı vəziyyətini son illərdəki ən kövrək vəziyyəti kimi təsvir etdi və Suriyanın dəyişmə dinamikası İraqın siyasi sabitliyi üçün ciddi suallar doğurdu.
İraq Əsədin devrilməsindən sonra artan gərginliklə üz-üzədir.
İraq-Suriya sərhədində qarşılıqlı qorxular artır. Suriyada narahatlıqlar yeni rejimdən təşviş içində olan İraq qruplarına yönəlib, İraqda isə qorxular mərkəzi Dəməşqdəki Seyyidə Zeynəb məbədində regionda sabitliyi poza biləcək iğtişaşlara yönəlib. (HTŞ daha sonra bu ziyarətgaha yerli şiələrdən ibarət nəzarət qrupu təyib edib)
Yüksək rütbəli şiə xadimi Asharq Al-Awsat-a bildirib ki, Əsəd İrana ziyarətgah üzərində tam təhlükəsizlik nəzarəti vermişdi.
Əsəd Moskvaya qaçdıqdan sonra İraq şiə icmaları Suriyadakı şiə ziyarətgahlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bununla belə, iraqlı diplomatlar eskalasiyanın qarşısını almaq üçün regional gücləri işə cəlb edərək, hətta kiçik bir səhv addımın münaqişəni alovlandıra biləcəyi barədə xəbərdarlıq ediblər.
İraq daxilində şiə liderləri arasında fraksiyalar üzərində nəzarəti itirmək və ya sünni və kürd rəqibləri tərəfindən idarə olunmaq qorxusu artır. Bu qruplar İraqın siyasi tarazlığını dəyişmək üçün bəziləri tərəfindən “taktiki geri çəkilmə” kimi qiymətləndirilən İranın geri çəkilməsindən istifadə edə bilər.
Şiə siyasətçilər də narahatdırlar ki, İraqın baş naziri İrana bağlı fraksiyalardan uzaqlaşa və “Bağdadı müdafiə etmək”dən istifadə edərək yeni siyasi razılaşma əldə edə bilər.
İraqda olan siyasi müşavirlərdən biri qeyd edib ki, “Sudaninin güclü kartı var“.
Şiə liderləri açıq şəkildə Suriyanın “ekstremist hakimiyyəti” və yaraqlıların İraqa keçmə riski ilə bağlı xəbərdarlıqlara diqqət yetirirlər. Özəl olaraq onlar regional dinamikanın dəyişməsi ilə bağlı İraqın növbəti addımları ilə bağlı qərarsız qalırlar.
Son hadisələr bu gərginliyi daha da artırır. Məlumata görə, Sudani Suriya hakimiyyətinə mesaj göndərərək, şiə icmalarının təhlükəsizliyi ilə bağlı təminat istəyib və bunun müqabilində Suriyaya müdaxilə etməyəcəyinə söz verib.
Şiə döyüşçüləri daşıyan konvoylara hava zərbələri endirilməsi və Suriya ordusunun dağılmasından sonra İraqın Suriyaya münasibəti dəyişib. Bu hadisələr Sudani İranın dəstəklədiyi fraksiyalar qarşısında əvvəlki öhdəliklərindən azad etdi və ona daha çevik mövqe tutmağa imkan verdi.
Regional təzyiqlər və ABŞ strategiyası
Bağdadda anonim danışan Qərb diplomatı deyib ki, “İraqda sabitlik indi beynəlxalq ictimaiyyət üçün əsas prioritetdir”, lakin regional təzyiqlər qeyri-sabitliyi artıran milisləri sıradan çıxarmağa məcbur edir. (Söhbət silahlıə şiə milislərindən gedir)
Maraqlıdır, təsbeh dənələri kimi dağılan, Müqavimət Oxundakı rejimlərin süqutu İraqa doğru gedirmi? Bəziləri bunu əsaslı sübut olmadan mümkün olmayan bir ssenari hesab edirlər.
Lakin unutmamaq lazımdır ki, Tel-Əviv Bağdada “İranın ən mühüm sərvəti” kimi baxır. İrandakı rejim isə qapıda qalan quyruqlarını xilas etmək üçün, son iraqlını da istifadə etməyə hazırdır. Təəssüflər olsun ki, İraqda bunu yalnız bəziləri anlaya bilir. Təbii ki bu İran rejiminin propoqanda alətinin Bağdadda olduqca aktiv olmasından irəli gəlir.
…Dolayısıyla böhran Əsədlə bitməyəcək.İsrailin məqsədlərinə qarşı çıxmaq üçün ABŞ-ın oxşar məqsədləri olan “alternativ plan” təklif etdiyi bildirilir. Yeni plan radikal silahlı siə birliklərinin tərksilah edilməsi və onların sünni bölgələrdən çıxmasını nəzərdə tutur.
Digər tərəfdən ABŞ İraqda yeni seçkilər keçirmək istəyir və inanır ki, “İran bu yeni reallığı qəbul etməli olacaq”. İddia olunur ki, İraqda elita sayılan bu seçkiləri boykot etməyəcək.
Qeyd etmək lazımdır ki, İraq hökumətində kök salmış iranın ideoloji dəstəyi ilə qol-qanad açıan şiə qruplaşmalardan yan keçmək bağdad üçün çətindir və bəziləri buna yalnız İranla danışıqlar yolu ilə nail ola biləcəyini düşünür.
“İranın təsirini asanlıqla aradan qaldırmaq çətindir. Onlar regionda davam edən müzakirələrdə iştirak edirlər və İraqın siyasi vəziyyəti dəyişərsə, İran da onun bir hissəsi olacaq”-düşüncəsi bir çox siyasi analitiklərdə hakim fikirdir.
Siyasi dairələrdə sadə bir sual ortaya atılır: “Bağdad dəstək müharibəsindən kənarda qaldığı halda, Əsədin devrilməsinin qarşısını almaq üçün müdaxilə etmədiyi halda niyə hədəfə alınmalıdır?”
Məsələ ondadır ki. İran rejimi üçün meydana şevrilən İraq çətin və sancılı seçimlərdən qaçmaq üçün dəyişməlidir.
Region dəyişib… aydındır ki, dinamika dəyişib və oyunçular buna uyğunlaşmalıdırlar.
2003-cü ildən bəri ilk dəfə, 2014-cü ildə İŞİD təhlükəsi istisna olmaqla, İraqın şiə qüvvələri artan təzyiqlərlə üzləşir və onları siyasi cəhətdən necə uyğunlaşacaqlarına qərar verməyə məcbur edir.
Dekabrın 13-də Bağdada səfəri zamanı ABŞ dövlət katibi Antoni Blinken 2023-cü ilin noyabrında etdiyi səfərdən fərqli olaraq gülləkeçirməz jilet geyinməmişdi ki, bu da daha rahat yanaşmanın simvolu idi.
O, Sudani ilə zarafatlaşaraq, “Aeroportdan uçmaq və şəhərin canlılığını görmək çox gözəldir” deyib.
Bununla belə, Blinkenin İraqın öz suverenliyini möhkəmləndirməsi üçün doğru an adlandıran sakitləşdirici sözləri İraqda skeptisizmlə qarşılanır.
Rəsmilər qorxurlar ki, bunlar diplomatın son ayındakı şərhləri ola bilər, Respublika administrasiyası İrana qarşı daha sərt mövqe tutacaq və İraq “maksimum təzyiqin” son hədəfi ola bilər.
İraqlı siyasətçilər “bir şey olacağına” əmindirlər, lakin bunun nə ola biləcəyi ilə bağlı fikirlər fərqlidir. Mümkün İsrail zərbəsi və ya Vaşinqtonun İranın təsirini məhdudlaşdırmaq məqsədi daşıyan yeni saziş vasitəsilə İraqı müdafiə etməyi planlaşdırdığı barədə fərziyyələr var.
Sudaninin köməkçiləri hərbi zərbələr ehtimalını aşağı salmaqla yanaşı, Donald Trampın rəhbərliyi altında gələcək ABŞ administrasiyasının təsirini yumşalda biləcək zəruri siyasi dəyişikliklərə işarə edirlər.
Bununla belə, bu dəyişikliklər risklər yarada bilər, çünki həm Bağdadda, həm də Tehranda Sudaninin əleyhdarları gözlənilməz nəticələrdən ehtiyat edirlər.