EN

Macarıstan milyardlar dəyərindəki yardıma qarşı çıxdı

Macarıstan Aİ-nin Ukraynaya 6,5 ​​milyard avro dəyərində hərbi maliyyə ayırmasına veto qoyub.

AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə Aİ-dən olan həmkarları ilə iclasda deyib.

Rəsmi Budapeşt xəbərdarlıq edib ki, heç bir Macarıstan şirkəti Ukraynada \"müharibənin beynəlxalq sponsorları” siyahısına daxil olmayacaq:

\"Bu gün mən Avropa Sülh Fondundan Ukraynaya silah tədarükü üçün ödənilməli olan 6,5 milyard avronun ayrılmasına veto qoydum”.

Qeyd edək ki, bu, Macarıstanın Avropa Sülh Fondundan Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün nəzərdə tutulan vəsaitin ayrılmasına qoyduğu ilk veto deyil.
Chosen
4
2
azxeber.com

10Sources