EN

Qahirədə islam ölkələrinin D8 qrupunun sammiti keçiriləcək

Bakı. Trend:

Dekabrın 19-da Misirin paytaxtı Qahirədə inkişaf etməkdə olanislam ölkələrinin daxil olduğu D8 qrupunun zirvə görüşükeçiriləcək.

Trend xəbər verir ki,“Gənclər üçün sərmayə və KOB-ların dəstəklənməsi. Sabahıniqtisadiyyatının formalaşması” mövzusunda keçiriləcək sammitəhazırlıq çərçivəsində sabah üzv dövlətlərin Xarici İşlər NazirləriŞurasının 21-ci iclası baş tutacaq.

Sammit çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi dəgözlənilir.

Qeyd edilməlidir ki, D8 qrupu 1997-ci ildə üzv ölkələriniqtisadi əməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupaüzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş,Misir, Nigeriya və Türkiyədir. Misir ötən ilin mayından D8-əsədrlik edir.

Chosen
26
2
az.trend.az

3Sources