EN

İtaliya sahillərində gizli ada peyda oldu

İtaliyanın Venesiya şəhərinin sahillərində gizli ada peyda olub.

Publika.az xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Venesiya laqununda maraqlı təbiət hadisəsi baş verib. Əsrlər boyu qısa müddət ərzində - yalnız yay aylarında görünən Bacan adası indi laqunun daimi hissəsinə çevrilib.

2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün tikilən “Mose” adlı sel baryeri istifadəyə verildikdən sonra ada dalğalara qarşı müqavimət qazanıb və ərazisi getdikcə böyüyüb. Sant'Erasmo adası ilə Lido limanı arasında yerləşən bu qum adasının uzunluğu hazırda 260 metr, eni isə 10 metrdir. Burada artıq bitki örtüyü də formalaşıb.

Chosen
28
3
publika.az

4Sources