EN

Aİ Ukraynaya sülhməramlı missiya göndərmək ideyasını müzakirə etməyib

Aİ xarici işlər nazirləri dekabrın 16-da keçirilən iclasda potensial hərbi əməliyyatların başa çatmasından sonra Ukraynaya sülhməramlı qüvvə göndərilməsi ideyasını müzakirə etməyiblər. Bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski deyib.

“Əlbəttə, nəyisə unuda bilərdim, amma bu gün belə bir müzakirə olmayıb”, - diplomat jurnalistin müvafiq sualını cavablandırıb.

Daha əvvəl Avropanın “Politico” nəşri adı çəkilməyən diplomatlara istinadən xəbər vermişdi ki, Avropa İttifaqının xarici işlər nazirləri dekabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Avropa İttifaqının xarici işlər nazirlərinin Ukraynaya avropalı sülhməramlıların göndərilməsi imkanını çox güman ki, müzakirə edəcəklər. Nəşrin məlumatına görə, Qərb qoşunlarının kontingentinin göndərilməsi ilə bağlı müzakirələr “konseptual səviyyədə” aparılır.

Reuters iddia edir ki, Aİ ölkələri Kiyev və Moskvanın atəşkəs razılaşmasına nail olacağı təqdirdə Avropa sülhməramlılarının Ukraynaya göndərilib-göndərilməyəcəyi ilə bağlı hələlik konsensusa gələ bilmir. Polşanın baş naziri Donald Tusk Fransa prezidenti Emmanuel Makronla danışıqlardan sonra bildirib ki, Polşa atəşkəsdən sonra belə Ukraynaya qoşun yeritmək niyyətində deyil.

Oxuməni.az

Chosen
22
oxumeni.az

1Sources