Müəllif:Ayşən İmanova/Banco.az
Bitkoinin qiyməti 107 min dollar həddini keçərək tarixi rekordunu yeniləyib.
Banco.az xəbər verir ki, bu barədə “CoinMarketCap” ticarət platforması məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 20:40-dan sonra bitkoinin qiyməti 107 195,58 dollara yüksəlib. Sonrakı dəqiqələrdə yüksəliş tendensiyası cüzi korrektə olunub və kriptovalyutanın qiyməti saat 20:59-a 106,9 min dollar olub.