EN

İsveç əsgərlər üçün 30 min məzar qazmağı planlaşdırır

İsveçdə, Göteborqdakı protestant kilsələrinə və dəfn evlərinə ən azı 30.000 əsgər üçün dəfn yerləri hazırlamaq tövsiyə olunub.

Editor.az bu barədə “İzvestiya”ya istinadla xəbər verir. Bildirilir ki, bunun üçün Göteborqa ən azı 10 hektar boş torpaq lazımdır.

Həmçinin, noyabr ayından etibarən İsveç sakinləri “böhran və ya müharibə gələrsə” broşürasının yeni nəşrini almağa başlayıblar. Bu barədə isə Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Kitabçada döyüş vəziyyətləri üçün məsləhətlər və təlimatlar verilib. Vurğulanıb ki, ölkədə yaşayan bir çox insanlar bu cür tövsiyələrə çox ciddi yanaşırlar.

Siyasi elmlər doktoru və St. Sankt-Peterburq Dövlət Universitetinin professoru Natalya Eremina “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, İsveçdə “Rusiya təhlükəsi”ni müzakirə etmək üçün uzun müddətdir ki, illik konfranslar keçirilir. “İsveçlilər Kiyev rejiminə böyük yardım edir və Baltikyanı ölkələrdə hərbi mövcudluğunu artırırlar. İsveç xalqı isə bütün bunları dəstəkləmək üçün təbliğatla ayaq üstə saxlanılır. Rusiyanın mümkün hücumu” və “hibrid müharibəsi haqqında danışırlar”.

//Gülnarə Abasova, Editor.az

Chosen
17
editor.az

1Sources