EN

İsrail ordusu Qəzzanın şimalına hücum edib

İsrail

Beyt Lahiya bölgəsində gündüz saatlarında həyata keçirilən hücumda 5 fələstinlinin, günorta saatlarında isə eyni bölgədə Avde ailəsinə aid bir evə edilən hücumda 2 nəfərin həyatını itirdiyi bildirilib.

Xalqcəbhəsi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən bildirir ki, İsrail ordusu oktyabrın 5-dən Qəzza zolağının şimal hissəsində Cibaliya, Beyt Lahiya və Beyt Hanun şəhərlərini sıx mühasirədə saxlayır. Həmçinin aclıq, humanitar yardımların bölgəyə girişini əngəlləmək və xəstəxanaları hədəfə almaqla bölgə xalqını köç etməyə məcbur edir.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 55 min 28 fələstinli ölüb, 106 min 962 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölünün olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Chosen
19
xalqcebhesi.az

1Sources