EN

Türkiyənin torpağını oğurladılar - Milyardlarla gəlir əldə etdilər

Türkiyədən ABŞ-a aparılan torpaq nümunələrindən əldə olunan bakteriya növü ilə milyardlarla dollar qazanc əldə edildiyi məlum olub.

Olaylar xəbər verir ki, bu barədə 25 ildən artıqdır ABŞ-da araşdırma aparan türkiyəli alim Əli Rıza Akın "Bakteriya kimi yaşa, İçimizdəki Kainat: Mikrobiotamız" adlı kitabında yazıb.

O, Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan torpaq nümunələrindən əldə edilən "Streptomyces roseosporus" adlı bakteriya növündən dərman sənayesində istifadə edildiyini bildirib.

Bu bakteriya ilə sonradan "daptomisin" adlandırılan antibiotik istehsal edilib. Qeyd olunub ki, bu bakteriya növləri sayəsində saysız-hesabsız insan həyatı xilas edilib və səhiyyə xərcləri azaldılıb.

Akın daptomisindən 1,3 milyard dollar gəlir əldə edildiyini, lakin Türkiyənin bundan heç bir maddi fayda əldə etmədiyini vurğulayıb.

Ştammın icazəsiz "Eli Lilly" şirkəti tərəfindən sonradan patentləşdirilməsi Türkiyəni potensial qonorar və lisenziya rüsumlarından məhrum edib.

Akın son olaraq beynəlxalq qaydaların tətbiqinin vacibliyini də əlavə edib. /Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
4
olaylar.az

5Sources