EN

Dövlət Xidməti hərbi xidmətlə bağlı yaş həddinin azaldılması məsələsinə aydınlıq gətirib

Bakı. Trend:

Son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və“Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə bir sıra dəyişikliklərinedilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur. Lakin əfsuslarolsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrindətirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilənfikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb.

Trend xəbərverir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsininrəisi Pərviz Sədrəddinov məsələyə aydınlıq gətirib.

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiqanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflərverib və layihə Milli Məclisin “Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsi”nə təqdim edilib. Hazırda komitəüzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisinplenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyivə ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yenimüddəaları qüvvəyə minəcək.

Ona görə də bir daha bildirirəm ki, hələlik qanuna heç birdəyişiklik edilməyib. Sadəcə bir qədər səbirli olub, nəticənigözləmək lazımdır.

Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqihərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusudeyil. Yəni ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay,digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətəgedəcəklər", - o bildirib.

Chosen
15
46
az.trend.az

10Sources