EN

Genişmiqyaslı əməliyyata hazırlıq: "Türkiyə sərhədə qoşun yığır"

Türkiyə Suriyada genişmiqyaslı əməliyyata hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" "The Wall Street Journal" nəşrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, TürkiyəSuriya ilə sərhəd bölgəyə qüvvələr toplayır.

Məsələyə münasibət bildirən adı açıqlanmayan amerikalı rəsmi, vəziyyəti diqqətli və təmkinli şəkildə izlədiklərini diqqətə çatdırıb.

Daha əvvəl "The Washington Post" nəşri Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyada hakimiyyətə gələn silahlılarla ABŞ-nin dəstəklədiyi kürd qruplaşmalar arasında vətəndaş müharibəsinin başlama ehtimalının olduğunu yazıb.

Qeyd olunub ki, Türkiyənin vəziyyətə müdaxilə etməsi nəticəsində isə kürd qruplaşmalar geri çəkilməyə məcbur ola bilərlər.

Bunun ABŞ-nin Suriyadakı hərbi mövcudluğu üçün böyük təhdid olduğu bildirilib.


Müəllif: Ceyhun Ağazadə
Chosen
24
teleqraf.com

1Sources